"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.
Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:
"Koroğlu" metro stansiyasından - N 136, 160, 171
Ziyarət qaydaları
Diqqət! 6-8 sentyabr tarixində sərgiyə giriş yalnız hərbiçilər, təhlükəsizlik və hüquq-mühafizə orqanlarının işçiləri, habelə hərbi və müdafiə sənayesində, eləcə də əlaqədar sektorlarda çalışan şəxslər, o cümlədən ali hərbi təhsil müəssisələrinin tələbələri üçün açıq olacaqdır. Şəxsiyyət və xidməti vəsiqələri özünüzlə gətirməyiniz xahiş olunur.
Kommersiya strukturlarında çalışan şəxslər 8 sentyabr tarixində şəxsiyyət vəsiqəsini təqdim etməklə sərgini ziyarət edə biləcəklər.
Tələbələr sərgiyə yalnız 8 sentyabr tarixində daxil ola bilərlər. Girişdə tələbə biletini göstərmək kifayətdir.
Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.
Ziyarətçinin döş nişanı bu imkanları verir:
Tədbirin bütün iş günlərində pulsuz ziyarət;
Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).