EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Dəvətnaməni əldə edin

Sponsorluq imkanları

Rəsmi kataloq

Sərgi qəzeti
Sərgi » Sərgi haqqında

“ADEX-2018” sərgisi: müasir silah və texnikanın möhtəşəm paradı

25 sentyabr tarixində Bakı Ekspo Mərkəzində 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX 2018” sərgisi öz işinə başladı. Sərgi regionda silah və hərbi texnikanın, eləcə də Azərbaycan müdafiə-sənayesi kompleksinin güc və qüdrətinin ən böyük ekspozisiyası statusuna malik olan genişmiqyaslı tədbirdir. Sərginin təşəbbüskarı və təşkilatçısı qismində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi çıxış edir. Sərgi Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən dəstəklənir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” (“CEO”) şirkətidir.

“ADEX 2018” sərgisini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev stendlərə və açıq sahə ilə tanış olub və müasir müdafiə sənayesi müəssisələrinin rəhbərləri ilə söhbət edib.

Sərginin rəsmi acılıq mərasimində Azərbaycan Respublikası Prezidentin hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi Fuad Ələsgərov, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev və Edvard Stron, CEO çıxış ediblər. F. Ələsgərov sərginin təntənəli açılış mərasimində Prezident İlham Əliyevin Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisinin iştirakçı və qonaqlarına ünvanlanmış məktubunu oxuyub. Y. Musayev silahların hazırlanması sahəsində Azərbaycan ilə əməkdaşlıq edən xarici tərəfdaşlara minnətdarlıq edib.
 
Bu il sərgidə 29 ölkədən 224 şirkət, habelə dünyanın 23 ölkəsini təmsil edən 34 rəsmi nümayəndə heyəti iştirak edir. 11 ölkə - Azərbaycan, Belarus Respublikası, Çin, İsrail, İran, Türkiyə, Rusiya, Serbiya, Ukrayna, Pakistan və Fransa sərgidə milli qrupları ilə çıxış edir. Ümumilikdə, “ADEX 2018” sərgisində dünyanın 44 ölkəsindən şirkət, nümayəndə heyəti və qonaqlar iştirak edir. Bakı Ekspo Mərkəzinin üç pavilyonunu və açıq meydançasını əhatə edən builki sərgi sahəsi 10 faiz artım nümayiş etdirir.

Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və onun tabeliyində olan struktur və zavodlar, o cümlədən ANAMA, eləcə də Azərbaycanın hərbi təyinatlı müəssisə və təşkilatları sərgidə fəal iştirak edir. Yerli istehsal olan ən son avadanlıq və hərbi texnikanı təqdim edən Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin pavilyonu Bakı Ekspo Mərkəzinin üçüncü zalında təşkil olunacaq. Builki yerli debütantlar arasında Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Xəzər Gəmiqayırma Zavodu, “Vitta” Elmi-texniki şirkəti, AMEA-nın Yüksək Texnologiyalar Parkı, eləcə də Silah və HHM hərbi texnikası üzrə servis mərkəzi yer alır. Burada peşəkarlar ölkənin müdafiə kompleksinin yenilikləri ilə tanış ola, Azərbaycan Silahlı Qüvvələrinin mövcud və inkişaf etməkdə olan imkanlarını müşahidə edə
bilərlər.

“ADEX 2018” sərgisində HHM (hava hücumundan müdafiə) və RƏM (raket əleyhinə müdafiə) sistemləri, hərbi gəmiqayırma, silah sistemlərinin hazırlanması və modernləşdirilməsi, hərbi-elmi tədqiqat, PUA sistemləri, robot-texniki komplekslər, atıcı silahlar, döyüş sursatı və əsgəri təchizat, demilitarizasiya sistemləri, raket və artilleriya silahları, reaktiv yaylım atəşi sistemi, optik-elektron və lazer texnikası, zirehli tank texnikası, sualtı qayıqlar, hərbi dəniz qüvvələrinin kiber-təhlükəsizliyi, radioelektron mübarizə və komandanlıq, idarəetmə, rabitə, kompyuter sistemləri, kəşfiyyat, müşahidə və məlumat toplama sistemləri (“C4ISR”), dəmiryol qüvvələrinin texnika və avadanlıqları, silahların istehsalı, təmiri və utilizasiyası üzrə texnologiya və avadanlıqlar, habelə bir sıra digər sektorlar təqdim olunur. Həmçinin sərgidə “MİQ”, “TUSAŞ”, “Leonardo”, “ОАК”, “Motor Siç”, “Rossiyskie vertolyotı” (Rusiya vertolyotları) və “Aeronautics Group” kimi dünyaca məşhur korporasiyalar və digər şirkətlərin iştirak edəcəyi hərbi-aviasiya sənayesi sektoru da geniş şəkildə təqdim olunur.

“ADEX 2018” sərgisi xarici nümayəndə heyətlərinin planlaşdırılmış səfərlərinin sayı baxımından rekord vurur, belə ki, bu il dünyanın 23 ölkəsini təmsil edən 34 yüksək səviyyəli rəsmi nümayəndə heyəti sərgini ziyarət edib, bu da əvvəlki sərgilər ilə müqayisədə yüksək göstəricidir. “ADEX” sərgisinə ilk dəfə öz nümayəndələrini göndərən ölkələr arasında Misir, Qazaxıstan, Qana, Səudiyyə Ərəbistanı və Monteneqro yer alır. Sərgi çərçivəsində xarici nümayəndə heyətlərinin rəhbərləri ilə Azərbaycanın nazirlik və strukturlarının təmsilçiləri arasında danışıqların aparılması planlaşdırılır və bu danışıqlar zamanı ikitərəfli hərbi-texniki əməkdaşlıq perspektivləri müzakirə ediləcək. İkitərəfli görüşlərin keçirilməsi üçün Bakı Ekspo Mərkəzinin üçüncü zalında xüsusi danışıq zonası yaradılıb. Beynəlxalq nümayəndə heyətləri və şirkətlərin “ADEX” sərgisinə göstərdikləri böyük maraq Azərbaycanın strateji tərəfdaş kimi yüksək rol və əhəmiyyətini bir daha təsdiq edir.

Sərginin açıq meydançası da xüsusi maraq doğurur, belə ki, burada dünyanın müxtəlif ölkələrini təmsil edən şirkətlər ən yeni qırıcıları, pilotsuz uçuş aparatlarını, tankları, HHM sistemlərini və hərbi texnikanı ziyarətçilərin diqqətinə təqdim edəcəklər. Həmçinin, ilk dəfə olaraq, burada zirehli texnikaya xidmət və texniki baxış üzrə servis mərkəzinin layihəsi nümayiş olunur. Sərgi öz işini 27 sentyabr tarixində bitirəcək.


TƏRƏFDAŞLAR