EN
RU
4-cü Azərbaycan Beynəlxalq Müdafiə sərgisi
8 - 10 sentyabr 2020 Bakı Ekspo Mərkəzi
adex

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya
İştirakçılar üçün » İştirakın üstünlükləri

1.  Beynəlxalq hərbi nümayəndə heyətləri ilə ikitərəfli görüşlər.

Azərbaycan Respublikası müdafiə sənayesi və müdafiə nazirliklərinin rəsmi dəvəti ilə 30-dan artıq beynəlxalq hərbi nümayəndə heyətinin tərkibində 150-dən çox yüksək rütbəli rəsmi şəxs sərgini ziyarət edir və sərgi iştirakçıları həmin rəsmi şəxslər ilə görüşmək imkanı əldə edirlər.

ADEX 2018 sərgisinin rəsmi heyətlər siyahısı

2. Eksklüziv şəbəkələşmə imkanları

Sərgi çərçivəsində “B2B” formatlı görüşlər keçirilir və bu görüşlərə (iştirakçıların xahişi ilə) onları maraqlandıran təşkilatlar və potensial tərəfdaşlar dəvət edilir. Sərginin ilk iş günü sərgi iştirakçıları, ölkənin hərbi rəhbərliyi və beynəlxalq hərbi nümayəndə heyətləri üçün rəsmi qəbul ziyafətləri təşkil olunur.

 

3. Azərbaycan Respublikasının ali hərbi rəhbərliyi ilə görüşlər

Müdafiə naziri, nazir müavini, hərbi-dəniz, hərbi-hava və quru qoşunları, FHN, Dövlət sərhəd xidməti, DİN, Daxili qoşunlar və Azərbaycan Respublikasının digər güc strukturlarının rəhbərlikləri ikitərəfli görüşlər keçirmək üçün sərgini ziyarət edir.

 

4. Milli pavilyonlar

“ADEX” sərgisində öz ölkələrinin müdafiə-sənaye kompleksini təmsil edən təxminən 10 milli pavilyon iştirak edir. Tədbirin daimi iştirakçı ölkələri arasında Rusiya, Ukrayna, Türkiyə, İsrail, Serbiya, Pakistan, Belarus və Çin yer alır.

 

5. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi tərəfindən təşkilatçılıq və dəstək

“ADEX” sərgisinin təşkilatçısı olan Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgidə öz müəssisələrinin istehsal gücünü fəal şəkildə nümayiş etdirməklə yanaşı, xarici istehsalçılar ilə əməkdaşlığın inkişafına və texnologiya transfertinə köməklik göstərir.

 



    TƏRƏFDAŞLAR