Saytın xəritəsi
Əlaqə
English
version
Русская
версия









Bütün video xəbərlər ...

ADEX 2014 Daily News N1 ADEX 2014 Daily News N2

1-ci Azərbaycan Beynəlxalq ADEX 2014 -
Müdafiə Sənayesi Sərgisi

Foto-reliz
11.09.2014

11 sentyabr tarixində Bakı ekspo mərkəzində Azərbaycan Respublikası Müdafiə sənayesi nazirliyinin təşəbbüsü və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən 1-ci Azərbaycan beynəlxalq ADEX 2014 - müdafiə sənayesi sərgisi öz qapılarını ziyarətçilərin üzünə açdı. ADEX 2014 sərgisinin təşkilatçılıq işləri üzrə tərəfdaşları Iteca Caspian və Caspian Event Organisers (CEO) şirkətləridir.

Sərginin təntənəli açılışı mərasimində "Caspian Event Organisers" şirkətinin direktoru Eduard Stroon qonaqları və iştirakçıları salamladı, sonra isə Azərbaycan Respublikası prezidentinin müdafiə məsələləri üzrə köməkçisi Vahid Əliyev Azərbaycan Prezidenti İlham Əliyevin salamlama məktubunu ucadan oxudu. "Bu cür sərginin keçirilməsi təsadüfi deyil", deyə həmin sənəddə qeyd edilir. Bu tədbir Azərbaycanın iqtisadi artımını və bütün ölkənin təsirli şəkildə vurğulayır. Qəbul edilmiş hərbi doktrina çərçivəsində Azərbaycan öz müdafiə potensialını gücləndirmək niyyətindədir. Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov öz çıxışında vurğuladı ki, sərginin hərtərəfli ekspozisiyası ölkənin müdafiə qabiliyyətinin mənafeyi naminə elmi-texniki potensialın möhkəmlənməsinə xidmət edəcək və yeni texnoloji proseslərin işlənib hazırlanmasına dair həvəs oyadacaq. Cənab Camalov qeyd etdi ki, ADEX sərgisinin keçirilməsinin məqsədəuyğunluğu ölkənin müdafiə sənayesinin son illər ərzində qazandığı uğurlarla şərtləndirilmişdir. Azərbaycanın inkişafı konsepsiyasında bir sıra prioritet, o cümlədən müdaafiə sənayesinin artımı, dövlət sərhədi mühafizəsinin gücləndirilməsi nəzərdə tutulur. Bu gün Azərbaycan ordusu onun qarşısında qoyulan istənilən tapşırığı yerinə yetirməyə qadirdir.

Sərginin aktuallığı Azərbaycanın və xarici ölkələrin dövlət orqanları, işgüzar dairələri və sənaye strukturları tərəfindən bu tədbirə böyük maraq göstərilməsi ilə vurğulanır. ADEX 2014 sərgisi 34 ölkədən 200 şirkət qəbul edir və Bakı ekspo mərkəzinin 3 pavilyonunun sahəsini tutur. Sərgini həm də Bəhreyn, Belarus, Braziliya, İsrail, İordaniya, İran, Qazaxıstan, Qətər, Koreya, Malayziya, Pakistan, Polşa, Rusiya, ABŞ, Türkiyə, Ukrayna, Fransa, Xorvatiya və Çexiyadan 22 rəsmi nümayəndə heyəti ziyarət etdi. Azərbaycan, Türkiyə, Rusiya, Belarus, Koreya, Polşa, İsrail, Ukraynadan 8 milli qrup sərgidə öz ekspozisiyasını nümayiş etdirdi. Böyük miqyaslı ekspozisiyalar arasında Azərbaycan, Türkiyə (37 şirkət) və Polşa (16 şirkət), İsrail (16 şirkət), Belarus (10 şirkət) fərqlənir.

Sərginin platin sponsoru "Damen Shipyards Group" gəmiqayırma şirkətidir (Niderland). Qızıl sponsor qismində sistem texnologiyaları üzrə ixtisaslaşan "Roketsan" şirkəti (Türkiyə) çıxış edir.


Bu müdafiə sənayesi müəssisələrinin ən son nailiyyətlərinin nümayişi altı mövzu istiqaməti üzrə həyata keçirilir: quru qoşunlarının və hərbi fəniz qüvvələrinin silahları və texnikası; aviasiya və aviasiya silahları, hava müdafiəsi sistemləri və vasitələri; xüsusi təyinatlı vasitələr və əmlak; İT texnologiyaları, rabitə sistemləri və vasitələri; qoşunların arxa cəbhə və texniki təminatı; kosmik texnologiyalar.

Sərgini geniş işgüzar proqram müşayiət edir və onun mühüm hissələrindən biri sahə nazirlikləri və istehsalçı şirkətlərin rəhbərləri və sifarişçilər ilə ikitərəfli görüşlərdən ibarət olacaq. 12 sentyabr tarixində, Jumeiragh Bilgah Beach otelində baş tutacaq "Hərbi-döyüş əməliyyatlarının həyata keçirilməsi sahəsində müasir üsullar və təhlükəsizlik məsələləri" mövzusuna həsr olunan konfransda müasir hərbi-texniki siyasətin aktual məsələlərini müzakirə etmək imkanı yaradılacaq. Bu konfransda 200 nəfərdən çox mütəxəssisin, hərbi ekspertin, dövlət strukturları və biznes aləmi nümayəndələrinin iştirakı gözlənilir. Azərbaycanın müdafiə kompleksinin inkişafını əks etdirməklə, bu sərgi bu sahədə beynəlxalq əməkdaşlığa yeni təkan verəcək və bir çox cəhətdən dünya bazarında Azərbaycan hərbi məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsinə kömək edəcək.

Sərgi öz işini 13 sentyabr tarixinədək davam etdirəcək.



Baş xəbərlər
PLATİN SPONSOR



QIZIL SPONSOR



RƏSMİ SƏYAHƏT AGENTLİYİ
Greenwich Travel Club
TƏHLÜKƏSİZLİK ÜZRƏ TƏRƏFDAŞ
VALYUTA MƏZƏNNƏSİ
  17/08/2017 18/08/2017
USD 1.7008 1.7008
EUR 1.9972 2.0035
GBP 2.1893 2.1952
RUR 0.0284 0.0286
HAVA



ADEX is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek